03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysi olacaq: Qrafiki açıqlanıb

15.03.2023

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzilbaşına saat 13:20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.