03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin bəzi bölgələrində yağışla əlaqədar "narıncı" xəbərdarlıq elan edilib

15.03.2023

Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.

"DM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.

Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir.

AFAD yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.