02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tərəfdarları İmran Xanın həbsinə qarşı müqavimət göstərir

15.03.2023

Bu gün səhər saatlarından etibarən Pakistanın Lahor şəhərində müxalifət fəalları sabiq Baş nazir İmran Xanın evinə yaxınlaşan polis avtomobillərini yandırıb, toqquşmalar baş verib.

"DM" xəbər verir ki, bu barədə yerli "Dawn” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər, onun tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edib.

Hazırda iğtişaşlar baş verən əraziyə təcili tibbi yardım maşınları və xüsusi polis texnikası cəlb edilib.

Həmçinin əlavə olunub ki, İmran Xan "Twitter"də tərəfdarlarına onun müdafiəsinə qalxmağa çağırış edib, bildirib ki, polis qüvvələri onu oğurlamaq və ya öldürmək niyyətindədir.