28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aydın Səfixanlı: “Fransa uzun illərdir ki, Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparır”

15.03.2023

"Fransanın Əlcəzair xalqına və Afrikanın, Cənub-Şərqi Asiyanın digər ölkələrinə qarşı törətdiyi vəhşilik, kütləvi vəhşiliklər dünyanın heç vaxt unutmamalı, lakin ədalət tələb etməli olduğu bir şeydir. Gələcəkdə bu faciələrin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

"DM” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa 130 ildən artıqdır ki, 1,5 milyondan çox nəfərin həyatına son qoyduğu Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparır.
Aparat rəhbəri qeyd edib ki, beynəlxalq səviyyədə insan hüquqlarının aktual problemlərindən biri də sülh və insanlığa qarşı cinayətlərə, müharibə cinayətlərinə görə təqsirkar olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsidir:

"Bununla bağlı beynəlxalq hüquq bir sıra mexanizmlər işləyib-hazırlayıb. Onlardan biri də beynəlxalq məhkəmələrdir. Bu tribunallar beynəlxalq cinayətlərdə təqsirləndirilən şəxslərə və dövlətlərə, habelə bu cür cinayətlərin qurbanlarına qarşı ədaləti təmin etmək üçün yaradılmış mexanizmdir”.