28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sadır Japarov TDT sammitində iştirak edəcək

15.03.2023

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək növbədənkənar Zirvə toplantısında iştirak edəcək.

"DM" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Sultanbayevin dediyinə əsasən, Türkiyənin paytaxtında 15-16 mart tarixlərində baş tutacaq görüşdə TDT-yə daxil olan ölkələrin liderləri təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və belə vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi yaradılıb və 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub.

Təşkilata üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.