27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov Andrey Kortunovdan narazı imiş

14.03.2023


2011-ci ildən Beynəlxalq İşlər üzrə Rusiya Şurasının baş direktoru baş direktor vəzifəsində olan Andrey Kortunov vəzifəsindən uzaqlaşıb. Yerinə isə İvan Timofeyev təyin olunub.

Rusiya KİV-nin yazdığına görə, Kortunovun baş direktor vəzifəsindən getməsinə səbəb Rusiya XİN-nin onun fəaliyyətindən narazı olması olub.

Beynəlxalq İşlər üzrə Rusiya Şurası xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Rusiyanın qeyri-kommersiya təşkilatıdır. 2011-ci ildə o vaxtkı Rusiya Prezidenti Dmitri Medvedevin sərəncamı əsasında yaradılıb. Təşkilatın təsisçiləri arasında Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya Elmlər Akademiyası və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı var.

Təşkilatın saytında deyilir ki, qurumun fəaliyyəti sülhün, xalqlar arasında dostluğun və harmoniyanın möhkəmləndirilməsinə, beynəlxalq münaqişələrin qarşısının alınmasına və böhranların idarə olunmasına yönəlib.

Beynəlxalq İşlər üzrə Rusiya Şurasının prezidenti keçmiş xarici işlər naziri İqor İvanovdur.

Şuranın Rəyasət Heyətinə Kortunov və İvanovdan başqa, biznesmen Pyotr Aven, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, politoloq Fyodor Lukyanov və Rusiyanın Çindəki səfiri İqor Morqulov daxildir.