28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

14.03.2023

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq "Şərq-Qərb” Orta Dəhlizi boyu "Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşün əhəmiyyəti vurğulanıb.

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirilib.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.