27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya taxıl müqaviləsini uzadıb

14.03.2023

Rusiya Ukrayna, Türkiyə və BMT ilə taxıl müqaviləsini uzadıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, bu sövdələşməyə rəhbərlik edən XİN rəhbərinin müavini Sergey Verşininin martın 13-də açıqlama verdiyini xatırladıb.

"Həqiqətən də, sövdələşmənin müddətinin şərti olaraq 60 günə uzadılması ilə bağlı razılıq əldə olunub. Onun paket xarakteri bir daha təsdiqləndi”, - deyə Qruşko bildirib.

O əlavə edib ki, Rusiya taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün əzmlə çalışacaq.
Qruşkonun sözlərinə görə, müqavilə eyni şərtlərlə uzadılıb.

Qeyd edək ki, taxıl müqaviləsi martın 18-də başa çatır. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə bağlı Ankaranın Vaşinqtondan zəmanət aldığını bildirib və ABŞ-ni onları ictimailəşdirməyə çağırıb.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.

Mənbə: TASS