02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göyçayda qadın 2 min manat cərimələnib

14.03.2023

Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub.