02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda avtobusda əlbəyaxa dava: cinayət işi açılıb - Video

14.03.2023

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

"DM" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə gənc bir oğlanın yaşlı kişiyə zərbələr endirdiyi əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

***

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər araşdırılıb:

"Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”