04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna XİN Gürcüstan rəhbərliyinin Zelenski ilə bağlı bəyanatlarını rədd edib

13.03.2023

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Vladimir Zelenskinin Tbilisidəki etirazları dəstəkləməsi ilə bağlı Gürcüstan rəhbərliyi tərəfindən verilən bəyanatları rədd edib.

"DM" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Oleq Nikolenko bildirib.

Nikolenko qeyd edib ki, Gürcüstan hakimiyyətinin nümayəndələri Ukraynanı Gürcüstanda dövlət çevrilişi hazırlamaqda, onu Rusiya ilə müharibəyə sürükləməkdə, vətəndaş müharibəsini qızışdırmaq üçün Gürcüstana qüvvələr göndərməkdə ittiham ediblər: "Biz reallıqla heç bir əlaqəsi olmayan bu cür iddiaları qəti şəkildə rədd edirik”.

XİN sözçüsü Gürcüstan hakimiyyətinin adını çəkmədən vurğulayıb ki, Ukrayna xalqı gürcü xalqının dostu olub və olacaq.