Fergus Auld Füzulidə maarifləndirici lövhə basdırıb  
    
                          
     
                         13.03.2023
 
    
                        Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuli rayonunun Seyidəhmədli kəndində əhalinin minalarla bağlı maarifləndirilməsi üçün lövhə basdırıb.
"DM" xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında bildirib.
"Əhalinin minalarla bağlı maarifləndirilməsi üçün növbəti dəfə
UNİCEF ilə əməkdaşlıq edirik. Birgə həyata keçirdiyimiz layihə çərçivəsində Seyidəhmədlidə yeni maarifləndirici lövhələr quraşdırıldı.”, - səfir deyib.