04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Son iki ayda DSMF-nin xərcləri 13 faiz çox olub

13.03.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla 993,5 mln. manat təşkil edib.

Nazirlikdən verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747,3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.