04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan Rusiyaya gələn məcburi köçkünlərin sayı açıqlanıb

13.03.2023

Ötən ilin fevral ayından etibarən Ukrayna ərazisindən Rusiya Federasiyasına gələn məcburi köçkünlərin ümumi sayı 5,4 milyon nəfəri ötüb.

"DM" KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan, yəni ötən ilin fevralından Ukraynadan Rusiyaya gələn məcburi köçkünlərin arasında 744 mini uşaqdır.

Qeyd olunub ki, Rusiya Federasiyasının 64 regionunda müvəqqəti yerləşdirmə mərkəzlərində 39 mindən çox ukraynalı məcburi köçkün var və bu say azalır. Rusiya Federasiyası Hökumətinin qərarı ilə onlara adambaşına 10 min rubl birdəfəlik maddi yardım verilir. Ümumilikdə, təxminən 12,3 milyard rublun ödənildiyi bildirilib.