03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub

13.03.2023

2018-2022-ci illərdə Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub.

"DM" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.

Qeyd olunub ki, sözügedən dövrdə İsrailin silah ixracının 9,1%-i Azərbaycanın payına düşüb. 2018-2022-ci illər ərzində İsrailin ən çox silah ixrac etdiyi ölkə isə Hindistan olub. Hindistana silah ixracı İsrailin ümumi silah ixracının 37%-ni təşkil edib.

İsrailin ən çox silah ixrac etdiyi üçüncü ölkə isə Filippin (8,5%) olub.

2018-2022-ci illərdə İsrailin qlobal silah ixracındakı payı 2,3% təşkil edib.