29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Türkiyə vəkilləri arasında vahid platformanın yaradılması təklif olunur

13.03.2023

Bu barədə qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə Vəkillər Kollegiyası arasında əməkdaşlıq inkişaf edir:

"Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə 15 iyul 2021-ci ildə Şuşa bəyannaməsi imzalandı. Türkiyə-Azərbaycan müttəfiq dövlətlərdir. Eyni zamanda məlumat olduğu kimi, Türk Dövlətləri Təşkilatı yarandı. Belə olan halda zənnimcə, Türkiyə-Azərbaycan və digər türkdilli dövlətlərin vəkilləri daha da sıx əməkdaşlıq edir. Biz vəkillər cəmiyyətin bütün problemlərini bilən insanlarıq".

"Eyni zamanda hesab edirik ki, Azərbaycan və Türkiyə vəkilləri arasında vahid platforma olmalıdır. Gələcəkdə həm Türkiyə, həm də Azərbaycanın dövlətləri və millətləri üçün böyük əhəmiyyət kəsb edən problemlərin həlli üçün o platformadan istifadə etməliyik", - A.Bağırov vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Vəkillər Kollegiyasından bir qrup heyəti martın 13-dən Türkiyəyə səfərdədir.