29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vitaliy Jakot: “Rusiya Moldovanı silahlı münaqişəyə cəlb etməyə çalışır”

13.03.2023

"Rusiya Moldovanı silahlı münaqişəyə cəlb etməyə və onun ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatlar meydanı kimi istifadə etməyə çalışır”.

Bunu Moldova parlamentin deputatı Vitaliy Jakot bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə regiondakı vəziyyətə ciddi təsir göstərir:

"Rusiya Moldovanı silahlı münaqişəyə cəlb etməyə və onun ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatlar meydanı kimi istifadə etməyə çalışır. O, bu məqsədlə əlində olan bütün imkanlardan istifadə edir. Buraya həm turist adı altında silahlı münaqişədə iştirak edə biləcək bir qrup insanın cəlb olunması, həm də müxtəlif dövlət müəssisələrinə partlayıcı maddələrin yerləşdirilməsi ilə bağlı xəbərlərin yayılması, həm də Rusiyayönümlü qüvvələrin etiraz aksiyaları keçirməsi və s. daxildir”.

O əlavə edib ki, bu etiraz aksiyalarında iştirak edən insanlara maliyyə vəsaiti verilir.

V.Jakot vurğulayıb ki, Moskva adıçəkilən addımlarla əsasən Dnestryanıda sabitliyin pozulmasına çalışır: "Bu bölgədə Rusiya qoşunları, yəni "sülhməramlı kontingent” yerləşdirilib. Üstəlik, burada Avropanın ən böyük döyüş sursatı olan anbar var. Odur ki, Moskva bu imkanlardan Ukraynaya qarşı istifadə etmək istərdi. Buraya ilk növbədə, Rusiyanın Ukraynanın Odessa, Nikoloyev şəhərləri istiqamətində hərbi əməliyyatlar keçirmək istəyi daxildir. Amma Moldova hakimiyyəti vəziyyətə nəzarət edə bilir”.

Deputat moldovalı rəsmilərin ukraynalı həmkarları ilə daim əlaqə saxladığını və fəal şəkildə məlumat mübadiləsi apardığını qeyd edib: "Regionda hələ narahatlıq üçün zəmin yoxdur. Kreml Moldovanı silahlı münaqişəyə cəlb etməyə səbəb olacaq dərəcədə sabitliyi pozmağa nail ola bilmir”.