29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

383-cü gün: Rusiyanın itkiləri açıqlanıb

13.03.2023

Ukrayna müharibənin 383-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 159 800 hərbçi, 3474 ədəd tank, 6774 ədəd zirehli döyüş maşını, 2503 ədəd artilleriya sistemi, 493 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 259 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5354 ədəd avtomobil texnikası, 2 109 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 251 xüsusi avadanlıq itirib.