29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kolleclər ali təhsilin bir hissəsi kimi tanına bilər

13.03.2023

Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də "Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var.

"DM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır:

"Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.