28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

10.03.2023

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın16-da başa çatacaq.