29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ana Birçall: Azərbaycan qazı bizi xilas etdi

10.03.2023

"Azərbaycan qazı bizi xilas etdi. Tək Rumıniya yox, Avropa üçün Azərbaycan qazı böyük rol oynadı. Azərbaycan qazı olmasaydı, biz nə edərdik?”

"DM"-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə Rumıniya Baş nazirinin sabiqmüavini (2018-2019-cu illər), Rumıniya Parlamentinin üzvü Ana Birçall bildirib.

Ana Birçall deyib ki, Azərbaycanın strateji təşəbbüsü ağır dövrlərdə Rumıniya, Avropa üçün mühüm rol oynadı: "Azərbaycanın dəstəyi olmasa, növbəti qışı da necə keçirəcəyimizi bilmirəm. Azərbaycandan Avropaya "yaşıl enerji” ixracı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu təşəbbüs böyük əhəmiyyət daşıyır. Bir məqamı da deyim. Mən Şuşada olmuşam, böyük quruculuq işləri gedir. Sizləri də Şuşaya səfər etməyə çağırıram. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə "yaşıl enerji” istehsal olunacağını bildirdi”.