29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda atışma olub, xəsarət alanlar var - YENİLƏNİB/VİDEO

10.03.2023

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.

Canlı yayımı təqdim edirik:


***
Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

14.49

Bakıda atışma olub.

"DM" xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma aparılır.