29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mingəçevir su anbarına daxil olan suyun həcmi 50 faizə qədər azalıb

10.03.2023

Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.

"DM" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, 2018-ci ildə 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb: "Bunun səbəbi yağıntıların miqdarının az olması və transsərhəd çaylarla ötürülən suyun miqdarının aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbarımıza daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək”.