29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB Rusiyanın casus gəmiləri ilə mübarizəyə başlayacaq

10.03.2023

Avropa Birliyi (AB) Rusiya kəşfiyyat gəmilərinə qarşı mübarizə aparmaq və kritik dəniz infrastrukturunu qorumaq üçün birgə dəniz patrulları və illik dəniz təlimləri tətbiq etməyi nəzərdən keçirir.

"DM" xəbər verir ki, bunu AB-nin ətraf mühit üzrə komissarı Virginiyus Sinkyaviçyus deyib.

"AB-nin yenilənmiş dəniz strategiyası bu gün ictimaiyyətə açıqlanacaq. Sənəd peyk monitorinqinin genişləndirilməsini və üzv dövlətlər arasında kəşfiyyat məlumatlarının mübadiləsini də nəzərdə tutacaq. Kritik dəniz infrastrukturunun, gəmilərin fiziki və kiber təhlükələrdən qorunması zərurəti "Şimal axını” qaz kəmərlərinin partlayışlarından sonra yaranıb”, - o bildirib.