29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qırğızıstan bu il KTMT təlimlərini öz ərazisində keçirəcək

10.03.2023

Qırğızıstan bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı qüvvələrinin "Sarsılmaz Qardaşlıq - 2023” təlimlərini öz ərazisində keçirəcək.

"DM" KTMT mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə KTMT Baş katibi İmanqali Tasmaqambetov Qırğızıstan Prezidenti Sadır Japarov ilə Bişkek şəhərində görüşü zamanı bildirib.

Qırğız prezidenti öz növbəsində qeyd edib ki, ölkəsi regionda təhlükəsizliyin təminatçısı kimi KTMT çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.

Xatırladaq ki, bu ilin əvvəlində Ermənistan KTMT təlimlərini keçirməkdən imtina etmişdi, çünki bu ölkənin Müdafiə Nazirliyi bunu məqsədəuyğun hesab etmədiyini açıqlamışdı.