29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda marketdən 11 200 manatlıq oğurluq edilib

10.03.2023

Bakıda marketdən 11 200 manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.