29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək - FOTO

10.03.2023

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdə olublar. Səfər "Gürcüstan Meliorasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəvəti ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb.

Həmçinin, səfər zamanı Qardabani suvarma sistemlərinə də baxış olub.