02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib - FOTO

10.03.2023

 Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N” hərbi hissəsini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.