02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nino Burcanadze “xarici agentlər”lə bağlı qanun layihəsinə münasibət bildirib

09.03.2023

Hazırkı Gürcüstan hökuməti Avropa dəyərlərindən və demokratiyasından uzaq bəzi addımlar atmağa cəhd edir. Təəssüf ki, bizim elə bir hökumətimiz var ki, onlar xalqın nə istədiyinə, nə də əhval-ruhiyyəsinə qulaq asmır.

Bunu X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze APA-nın Gürcüstanda "xarici agentlər”lə bağlı qanun layihəsinə etirazlarla bağlı sualına münasibət bildirərkən deyib.

"Hazırkı hökumət Avropa dəyərlərindən və demokratiyasından uzaq bəzi addımlar atmağa cəhd edir. Təəssüf ki, bizim elə bir hökumətimiz var ki, onlar xalqın nə istədiyinə, nə də əhval-ruhiyyəsinə qulaq asmır. Xüsusilə də Gürcüstan gəncliyinin əhvalını qeyd etmək istərdim. Onlar Gürcüstan müstəqillik qazandıqdan sonra doğulanlardır, bu gənclər azadlığın və müstəqilliyin dəyərini anlayırlar. Bu gənclik hökumətin qəbul etməyə çalışdığı qanun layihəsinə imkan vermədi. Kölgədə olan liderlər bu qanunla ölkədə parlamentə, mediaya, qeyri-hökumət təşkilatlarına nəzarət etməyə cəhd edirdi. Bu tamamilə qəbuledilməzdir. Şadam ki, hökumət bu dəfə insanlar, bizim strateji tərəfdaşlarımızın mesajlarını dinlədi. Ancaq narahatam ki, sadəcə bu qanun layihəsinin geri çəkilməsi Gürcüstanda vəziyyətin stabilləşməsinə kömək edəcək. Biz daha çox addımlar atmalıyıq, demokratiyanı, dəyərləri qorumalıyıq. Bu normal inkişaf üçün vacibdir”, - o deyib.