02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Minaya düşən şəxsin ayağı amputasiya edilib

09.03.2023

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevxəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.