25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev: Azərbaycan potensial donor ölkəsinə çevrilib

09.03.2023

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb, onlar çadır şəhərciklərində yaşayıblar.

"DM" xəbər verir bunu, Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbulu zamanı deyib.

Dövlət başçısı o zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini qeyd edib, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstəyin göstərildiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, bu xüsusda da Azərbaycan beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib.

Dövlət başçısı Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini bildirib.