25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycan-NATO hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

09.03.2023

Martın 9-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Baş Qərargah rəisi qonağı salamlayaraq Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfə yüksək dəyərləndirilib, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
General-leytenant M.Oğuz ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini, o cümlədən sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığını yüksək qiymətləndirib.
Sonda NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.