28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Egils Levits: Ukrayna həm Aİ-nin, həm də NATO-nun üzvü ola bilər

09.03.2023

Ukrayna həm Avropa İttifaqının, həm də NATO-nun üzvü ola bilər.

"DM" xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviya Prezidenti Egils Levits APA-nın sualına cavab olaraq deyib.

"NATO üçün ilk vəzifə hazırda Ukraynaya dəstək verməkdir. Ukraynaya hərbi dəstək verilməlidir ki, bu ölkə Rusiyanın hücumlarına cavab verə bilsin. Aİ-yə üzvlük məsələsinə gəlincə, biz Latviya olaraq Ukraynanın ittifaqa üzvlüyünü hər zaman təşviq etmiş və dəstəkləmişik. Həmçinin Moldovanın da üzvlüyünü dəstəkləmişik. Latviya ilk ölkələrdəndir ki, elə ilk vaxtlardan açıq şəkildə bəyan edib ki, Ukrayna Aİ-nin üzvü olmalıdır. Biz hazırda Avropa Komissiyasının Ukrayna ilə bağlı hesabatını gözləyirik ki, müsbət irəliləyişlərdən sonra biz Ukrayna ilə danışıqlara başlayaq”, - o qeyd edib.