28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib - YENİLƏNİB

09.03.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

"DM" xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən-ilə artdığı vurğulanıb. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirilib.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Dövlətimizin başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə dünən etdiyi səfərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirib.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik edib. Qonaq işğaldan azad olunmuş ərazilərimizə səfərinin ona dərindən təsir etdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.