27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orxan Əsgərovun 40 mərasimi keçirilib

09.03.2023

Martın 9-da İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun 40 mərasimi keçirilib.

Gəncə İcra Hakimiyyətindən verilən məlumata görə, mərasimdə Şəhər İH-nin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şəhid Orxan Əsgərov (ölümündən sonra) "Vətən uğrunda” medalına layiq görülüb.