28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Corc Dik: “Qlobal Foruma ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarıq”

09.03.2023

"Qlobal Bakı Forumunun keçirilməsi aktual məsələlərin həllində Azərbaycanın rolunun vacibliyini nümayiş etdirir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir dünyanın hər yerindən liderləri bir araya gətirən bu forumu keçirdiyinə görə Azərbaycana təşəkkür edib:

"Burada İsrailin bəzi tanınmış nümayəndələri də iştirak edir. Biz bu tədbirin keçirilməsinin vacibliyini anlayırıq.

O əlavə edib ki, Bakı forumunda İsrailin kəşfiyyat naziri Qila Qamliel də iştirak edəcək:

"Bu, həm də İsrail üçün vacib forumdur. Bu tədbir zamanı siyasi, ekoloji, təhlükəsizlik və s. sahələrlə bağlı aktual məsələləri müzakirə etmək olar”.