27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan müxalifəti: “ Etirazlar davam edəcək”

09.03.2023

"Xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsinə baxmayaraq, Gürcüstanda etirazlar davam edəcək”.

Bu barədə "Girçi - daha çox azadlıq” müxalifət partiyasının sözçüsü Sotne Koberidze bildirib.

O xatırladıb ki, hakimiyyət etirazlarda saxlanılanları hələ də azad etməyib.

"Bizim üçün aydınlıq gətirilməlidir ki, onlar bu qanunu necə geri götürmək niyyətindədirlər, çünki onların bəyanatları qeyri-müəyyəndir. İkincisi, məhbuslar azadlığa çıxana qədər "Gürcü arzusu” düşünməsin ki, onlar üçün asan olacaq”, - deyə o qeyd edib.

Müxalifət bu gün yerli vaxtla saat 19:00-da yenidən parlament binası qarşısında toplaşmağı planlaşdırır.

Xatırladaq ki, hakim "Gürcü arzusu” partiyası martın 7-də birinci oxunuşda qəbul edilən qanun layihəsini geri götürdüyünü elan edib, lakin söz verib ki, bu məsələyə qayıdılacaq. Müxalifət martın 8-də hakimiyyət qarşısında iki tələb irəli sürüb: təşəbbüsü geri götürmək və həbs olunmuş bütün etirazçıları azad etmək.

Mənbə: Kommersant.ru