28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahib Məmmədov: “Əmək Məcəlləsində ziddiyyətli maddələr var”

09.03.2023

"Hazırda işəgötürənlərin 90 faizi işçiləri ixtisar etmir, onalarla müddətli əmək müqaviləsi bağlayır. Müddət başa çatdıqda isə qanunsuz olaraq müqaviləyə xitam verir və kompensasiya ödəmir. Tək-tək müəssisələr var ki, orada qapanma və ya ixtisarlar olduqda əlavə kompensasiyalar verilir”.

Bunu Bakupost.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, işdən çıxarılanlara orta aylıq əməkhaqqının 5 misli civarında kompensasiya ödənilməlidir:

"Amma əksər şirkət və müəssisələr kompensasiya və ya başqa ödəniş etmir. Fiziki şəxslərlə bağlı məsələni isə qanunvericilik tənzimləmir. Sahibkar olan fiziki şəxslərdə VÖEN olmadığı üçün, işçisi ilə əmək müqaviləsinə xitam verdikdə, heç bir kompensasiya ödənilmir. Özəl sahibkarlar və bəzi hüquqi şəxslər qəsdən əmək müqaviləsini qısa müddətə bağlayırlar və heç bir ödəniş etmədən işçiləri işdən uzaqlaşdıra bilirlər”

Hüquqşünas bildirib ki, iş üçün müraciət edən işçi müddətsiz əmək müqaviləsi bağlamağı tələb etdikdə, bu zaman onu işə götürmürlər:

"Qeyd edim ki, Əmək Məcəlləsində ziddiyyətli maddələr var. Bir maddədə göstərilir ki, işin göstərilən xidməti daimi xarakter daşıdığı halda, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Digər bir maddədə isə qeyd edilir ki, tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər”.