05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ PKK-çıların başına pul qoydu

07.11.2018

Türkiyə XİN ABŞ Dövlət Departamentinin PKK liderlərinin başına pul qoyması məsələsinə münasibət bildirib.
"Dövran Media" xəbər verir ki, XİN sözçüsü Hami Aksoy Vaşinqtonun bu addımını müsbət qarşıladıqlarını açıqlayıb.
"Bu addımın PKK və əlaltıları ilə mübarizə çərçivəsində İraq və Suriyada ortaya qoyulacaq konkret tədbirlərlə dəstəklənməsini gözləyirik”, - Aksoy bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti PKK terror qruplaşmasının rəhbərlərindən Murat Qarailanın başına 5 milyon dollar, Cəmil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat qoyub.