28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tacikistanda gün ərzində növbəti güclü zəlzələ olub - YENİLƏNİB

09.03.2023

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin SOME MMC-nin seysmik stansiyalar şəbəkəsi Tacikistanda ikinci zəlzələnin 5,7 bal gücündə olduğunu bildirib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Tacikistanın Almatı şəhərindən 598 km cənub-qərbdə, Tacikistan Milli Parkının zirvələrindən birinin ətəyində yerləşib.

Episentrin 25 km dərinlikdə olduğu vurğulanıb.


11:28
Seysmoloqlar Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) iki yeni zəlzələ qeydə alıblar.

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma üzrə Respublika Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 05:38 (Bakı vaxtı ilə 04:38) və 06:36-da (Bakı vaxtı ilə 05:36) baş verib.

İlk zəlzələ 4,1 bal gücündə olub. İkinci halda yeraltı təkanların maqnitudası 4,8 bal hesablanıb.

Zəlzələlərin dərinliyi yer səthindən 100 km məsafədə qeydə alınıb. Yeraltı təkanların episentri DBMV-nin Murqab rayonundan 90 kilometr qərbdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Bundan əlavə, bu gün yerli vaxtla saat 07:42-də (Bakı vaxtı ilə 06:42) Darvaz-Vanc-Ruşan avtomobil yolunun 472-ci km-də DBMV-nin Ruşan rayonu ərazisindən keçən hissəsində uçqun qeydə alınıb. Xilasetmə şöbəsindən bildirilib ki, hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır, zərərçəkən yoxdur.

Mənbə: EurAsia Daily