09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ÜST-ün rəhbəri Azərbaycan Prezidentinə təşəkkür edib

09.03.2023

"Azərbaycan Prezidentinə təşəkkür edirəm, müəyyən səbəblərdən Forumda iştirak edə bilmirəm”.

"DM"-nın xəbərinə görə, bu barədə bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus videomesajında bildirib.

Tedros Adhanom Ghebreyesus deyib ki, problemləri bizi birləşdirən meyar kimi götürməli, ümumi səhiyyəyə diqqət yetirməliyik: "Səhiyyənin siyasiləşdirilməsi yolverilməzdir, vahid proqram gərəklidir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və səhiyyə ilə bağlı ümumi qaydalar müəyyənləşsin”.

ÜST-ün baş direktoru qeyd edib ki, bu gün çağırışlar öncəki dövrlərlə müqayisədə azalmayıb: "Bunlar bizi ayırmamalı, birləşdirməlidir”.