05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Astarada 21 nəfər təxliyyə edildi

07.11.2018

Noyabrın 6-7-də gecə saatlarında respublikanın cənub bölgəsindəki bəzi rayonlarda yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar Dövlət Yanğından Mühafizə, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.