02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Quterreş Gürcüstana çağırış edib

09.03.2023

BMT Baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırır.

"DM" xəbər verir ki, bunu Quterreşin müavini Farhan Haq deyib.

"Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, bütün iştirakçıları gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır”, - müavin bildirib.

Onun sözlərinə görə, Quterreş ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin fəaliyyətinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun vacibliyinə işarə edib.