03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT-nin baş katibi Kiyevə səfər edib

08.03.2023

BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin uzadılmasını müzakirə etmək məqsədilə Kiyevə səfər edib.

Bu gün BMT Baş katibinin Vladimir Zelenski ilə görüşü baş tutacaq.

Qeyd edək ki, martın 5-də  BMT-nin Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb.

Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ  diktə edir.

O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.

Mənbə: TASS