03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil”

08.03.2023

"Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır”.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edib, bəzi çətinliklərin öhdəsindən gəlib və çox böyük işlər görüb. Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb. Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil.