27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Apteklər bu səbəbdən məsuliyyətə cəlb edilə bilərlər

07.03.2023

"Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”.

"DM”-nın xəbərinə görə, bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib.

Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər:

"Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”.

"Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb.