27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və İsrail informasiya təhlükəsizliyini müzakirə ediblər - FOTO

07.03.2023

Azərbaycan və İsrail informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələrində qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi”, Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. Xidmət rəisi adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən PROSOL şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olub.

Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.

İ.Musayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.