27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qərbi Azərbaycan İcmasında TÜRK PA-nın nümayəndə heyəti ilə görüş keçirilib

07.03.2023

Qərbi Azərbaycan İcmasında TÜRK PA-nın nümayəndə heyəti ilə İcma rəhbərliyi arasında geniştərkibli görüş keçirilib.

"DM" xəbər ki, TÜRK PA tərəfindən gələn qonaqlar arasında Türkiyə, Qazaxıstan, Qırğızıstan parlamentindən nümayəndələr olub.

Görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyədə baş verən zəlzələnin türk dünyasını sarsıtdığını qeyd edib.

İcma sədri daha sonra qonaqlara Qərbi Azərbaycan İcmasının yaradılması zərurəti, habelə fəaliyyət istiqamətləri barədə geniş məlumat verib: "Ermənilər son 200 ildə bu coğrafiyada təkcə türklərə qarşı deyil, digər millətlərə qarşı da sıxışdırma siyasəti yürüdüb. Bütün bunlar sənədlərlə, faktlarla var və hesab edirik ki, dünya bundan mütləq şəkildə xəbərdar olmalıdır. Və dünya ermənilərin gerçək sifəti ilə tanış olmalıdır. Biz cibimizdə Ermənistan Respublikasının vətəndaşlığı sənədini gəzdiririk. Ermənistan borcludur ki, bizim tarixi torpaqlarımıza qayıtmağımızı təmin eləsin".

Əziz Ələkbərli ermənilərin Cənubi Qafqazda məskunlaşması tarixinə diqqət çəkib: "Cənubi Qafqazda ermənilərin aldığı ilk torpağın, evin sənədi var. Bəs əgər ermənilər qədim xalqdırsa, regionda qədimdən məskunlaşıbsa, bu sənədlər nədir?"

TÜRK PA tərəfdən olan türkiyəli deputat Recep Şeker icmanın fəaliyyətini yüksək qiymətləndirib: "Qərbi azərbaycanlıların haqlı olaraq, öz ata yurdlarına qayıtmaq istəyini, iddiasını Türkiyə olaraq daima dəstəkləyirik".

Görüş ümumi müzakirələrlə davam edib.