05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İnter"dən rekord gəlir

06.11.2018

İtaliyanın "İnter" klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə qarşılaşacağı İspaniya "Barselona"sı ilə matçın bilet satışından rekord gəlir əldə edib. 
"Dövran Media" xəbər verir ki, Milan təmsilçisi sözügedən oyunun bilet satışından 5.8milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstərici hesab olunur. 
"Roma" ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İngiltərə "Liverpul"u ilə matçda bilet satışından 5.2 milyon avro əldə edib. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" duelində də eyni məbləğ qeydə alınıb. 
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.