27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Ursula von der Leyen NATO-nun yeni Baş katibi seçilə bilər

07.03.2023

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-nun yeni Baş katibi seçilə bilər.

"DM" xəbər verir ki, bu barədə İtaliyanın "la Repubblica” nəşri mənbələrə istinadən bildirib.

"Ursula Fon der Lyayen hazırkı vəzifəsinə yenidən seçilmək istəyərdi, lakin "B” planı olaraq onun NATO-ya yeni baş katib seçilməsi məsələsi qaldırılıb", - mənbə bildirib.

Qeyd edək ki, hazırda NATO-ya Yens Stoltenberq rəhbərlik edir və onun mandatının müddəti 30 sentyabrda başa çatır.

Xatırladaq ki, ötən ilin noyabrında "The New York Times" nəşri NATO-nun Baş katibi seçilmək üçün irəli sürülən namizədlər sırasında Kanada Baş nazirinin müavini Ukrayna əsilli Kristi Friland, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, Estoniyanın Baş naziri Kaja Kallas, Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç və Slovakiya Prezidenti Zuzana Çaputovanın yer aldığını yazıb.